​Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında e-imzanın tətbiqinə başlanılıb

​Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında e-imzanın tətbiqinə başlanılıb "Asan İmza" xidməti Dövlət Xəzinədarlıq Agentliyinin portalına inteqrasiya edilib
İKT
9 Fevral , 2015 10:03
​Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında e-imzanın tətbiqinə başlanılıb

Bakı. 9 fevral. REPORT.AZ/ "Asan İmza" mobil elektron imza xidməti Azərbaycan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin https://portal.dxa.gov.az ünvanında yerləşən Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib.

Bundan sonra büdcə təşkilatları xəzinədarlıq orqanına sənədləri elektron üsulla təqdim edərkən göndərilən sənədləri "Asan İmza" mobil elektron imza xidməti vasitəsilə "AsanDoc" proqram təminatında imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə bilərlər.

İstifadəçilərə yardım məqsədilə Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında mobil elektron imza ilə sənədlərin imzalanmasına və portala yüklənməsinə dair müvafiq təlimat və video çarx yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi