"Apple" şirkəti "iPod" istehsalını dayandırıb

"Apple" şirkəti "iPod" istehsalını dayandırıb Şirkətin rəsmi saytında “iPod” bölməsi artıq götürülüb
İKT
15 İyun , 2015 17:12
Apple şirkəti iPod istehsalını dayandırıb

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ-ın “Apple” şirkəti “iPod” istehsalını dayandırıb. “Report”un şirkətin Azərbaycandakı rəsmi təmsilçisi olan “Almastore” mağazalar şəbəkəsindən aldığı məlumata görə, bir müddət idi ki, “iPod klassik” modeli ölkəyə gətirilmirdi və artıq şirkət tərəfindən rəsmi şəkildə istehsalın dayandırıldığı bildirilib.

Məhsulun “iPod touch 5G", "iPod shuffle"  və “iPod nano” modelləri haqqında məlumat verməyən şirkət digər modellərin istehsalının dayandırılmayacağını da deməyib. Bununla yanaşı, şirkətin rəsmi veb-saytında “iPod” bölməsi artıq götürülüb. Bu da brendin sözügedən məhsulun istehsalını tamamilə dayandıracağı haqqında söz söhbətlərin yaranmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi