"Apple"nin yeni telefonunun konsepsiyası hazırdır

"Apple"nin yeni telefonunun konsepsiyası hazırdır Yeni model 6.9 mm incəliyə və 5.5 düym Quad HD Retina ekranına malik olacaq
İKT
20 Aprel , 2015 20:39
Applenin yeni telefonunun konsepsiyası hazırdır

Bakı. 20 aprel. REPORT.AZ/ “Apple”nin yeni "iPhone" modeli üçün hazırlanan konsepsiyasında xüsusi əlavələrə yer verilib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Apple”nin istifadəyə verəcəyi yeni telefonun iPhone 6S ya "iPhone 7" olacağı sualına ziddiyyətli cavablar gəlib. Belə ki, brend ikinci model olaraq həmişə “S” silsiləsini bazara çıxarırdı, lakin son günlərdə texnologiya aləmində “Apple”nin “S” ardıcıllığını ləğv edəcəyi və iPhone 7-ni bazara çıxaracağı haqqında fikirlər önə sürülür.

Bununla yanaşı, hazırlanan yeni modelin konsepsiyası əvvəlkilərdən fərqli olacaq. Antonio de Rosa adlı dizaynerin hazırladığı konsepsiyada ən əhəmiyyətli detal klassik home düyməsi və iPhonenin yan hissəsində yerləşdirilən açar düyməsinin yerinə “Apple Watch”da görə biləcəyiniz açar düyməsidir. "Apple"nin yeni ağıllı saatı “Apple Watch”ın bəzi keyfiyyətlərini daşıyan yeni "iPhone"da "Touch ID" və barmaq izi sensoru artıq açar düymənin üzərinə yerləşir.

Əsas ekranda yerləşən köhnə home düyməsinin yerinə isə 3 ədəd sensorlu düymə əlavə olunub. Mütəxəsislərin fikrincə, 6.9 mm incəliyə və 5.5 düym Quad HD Retina ekranına malik "iPhone 7" uğurlu model olacaq. 

Son xəbərlər

Orphus sistemi