"Apple"in ağıllı saatlarının satışı azalıb

"Apple"in ağıllı saatlarının satışı azalıb İlk həftədən sonra 20% geriləmə qeydə alınıb
İKT
11 İyul , 2015 13:41
Applein ağıllı saatlarının satışı azalıb

Bakı. 11 iyul. REPORT.AZ/ “Apple”in qurucularından biri olan Stiv Cobsun (Steve Jobs) ölümündən sonra istehsal olunan ilk məhsul - “Apple Watch” saatlarının satışı azalıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Apple” səhmlərinin dünən 20% ucuzlaşaraq 120 dollara enməsi brendin yeni rəhbərinin narahatlığına səbəb olub. Mütəxəssislərin tənqid etdiyi yeni rəhbərin narahatlığının səbəbi idarəçiliyə keçən kimi istehsal etdiyi ilk məhsul olan “Apple”in ağıllı saatlarının satışının uğurlu olmamasıdır. Saatların satışına başlanılmasının ilk həftəsi tamam olub və gözlənilən nəticəni verməyib. Belə ki, saatların satışı ilk həftənin bitməsilə 10% azalıb.

“Slice Intelligence”in məlumatına görə “Apple” aprel ayındakı yüksək nəticənin ardından bu günlərdə ABŞ-da gündə 20 min ədəddən az saat satıb. Hətta bəzi günlərdə bu rəqəmin 10 mindən aşağı düşdüyü bildirilib. Şirkət məhsulun bazara çıxdığı ilk həftədə gündə təxminən 200 min ədəd saat satıb.

Son xəbərlər

Orphus sistemi