​"Apple" mobil rabitə operatoruna çevrilir

​"Apple" mobil rabitə operatoruna çevrilir Şirkətin şəxsi mobil infrastrukturu olmadığından, servisləri digər operatorların şəbəkələrində işə salacaq
İKT
5 Avqust , 2015 05:45
​Apple mobil rabitə operatoruna çevrilir

Bakı. 5 avqust. REPORT.AZ/ "Apple" korporasiyası virtual mobil rabitə operatoruna (MVNO) çevriləcək və müvafiq xidmətlər göstərməyə başlayacaq. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

Şirkətin şəxsi mobil infrastrukturu olmadığından, servisləri digər operatorların şəbəkələrində işə salacaq. Məlumata əsasən, "Apple" AT&T və ya "Sprint" mobil rabitə operatorları ilə müqavilə bağlamağı planlaşdırır. 

Yeni operator bazara 5 il ərzində çıxa bilər. 2015-ci ilin aprel ayında analoji layihəni "Google" şirkəti işə salıb. O, ABŞ-ın "Sprint", "T-Mobile" operatorlarının şəbəkələrindən, eləcə də WiFi-dan istifadə edir. 

Son xəbərlər

Orphus sistemi