"Apple" bu axşam yeni modellərini təqdim edəcək

"Apple" bu axşam yeni modellərini təqdim edəcək Bugünkü təqdimatda iki yeni "iPhone" modelinin təqdim olunması gözlənilir
İKT
9 Sentyabr , 2015 20:45
Apple bu axşam yeni modellərini təqdim edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 22:00-da “Apple” şirkəti San-Fransiskoda yeni məhsullarının təqdimatını keçirəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təqdim olunacaq məhsulların siyahısında ilk sırada brendin yeni model telefonları “iPhone 6S” və “iPhone 6S Plus” yer alır. Yay mövsümünün əvvəlində tezliklə istifadəyə veriləcəyi açıqlanan “iOS 9” əməliyyat sistemi də “iPhone” və “iPad”lərə yükləmək üçün təqdim olunacaq. Əməliyyat sisteminin istifadə oluna biləcəyi “Apple” modelləri bunlardır: “iPhone 6 Plus”, “iPhone 6”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 5”, “iPhone 4S”, “iPad Air 2”, “iPad Air”, “iPad 4”, “iPad 3”, “iPad 2”, “iPad Mini 3”, “iPad Mini 2”, “iPad Mini”, “iPod Touch 5G”.

“Apple Watch” üçün yeni proqramı “Watch OS2” də təqim olunacaq. Şirkət nümayəndələri təqdimatda brendin sürprizinin olacağını da deyib, ekspertlər bu sürprizin “Apple”nin 12.9-inç “iPad Pro”, inkişaf etdirilmiş “iPad mini” modelini və “iPhone 6c” olacağını deyiblər. 

Son xəbərlər

Orphus sistemi