​“Android” sistemi üçün yeni tip viruslar aşkarlanıb

​“Android” sistemi üçün yeni tip viruslar aşkarlanıb Artıq yoluxdurulmuş “Durak” kart oyunu 5-10 milyon dəfə yüklənib
İKT
5 Fevral , 2015 20:50
​“Android” sistemi üçün yeni tip viruslar aşkarlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ “Avast” antivirus şirkətinin hesabatına əsasən, məşhur istehsalçıların rəsmi “Google Play” əlavələr mağazasında olan proqram təminatını yoluxdura bilən yeni tip zərərli proqramlar aşkarlanıb.

“Report” “DailyComm” saytına istinadən xəbər verir ki, sözügedən virus "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğu sahibləri üçün təhlükə törədir. Artıq yoluxdurulmuş “Durak” kart oyunu 5-10 milyon dəfə yüklənib.

Yoluxdurulmuş proqram təminatı spam bildirişi dərhal yox, əlavə quraşdırıldıqdan təxminən bir ay sonra göndərməyə başlayır.

Bildirişlərdə qurğuya zərərli və ya köhnə proqram təminatının quraşdırılması, eləcə də qanunsuz pornoqrafik kontentin yüklənməsi bildirilir, sonradan spamları siləcək proqramların quraşdırılması təklif olunur, amma bu düzgün məlumat hesab olunmur. Əslində isə istifadəçi özünün də xəbəri olmadan qısa nömrələrə SMS bildirişlər göndərərək şəxsi məlumatlar toplayan daha bir virus yükləyir.

Son xəbərlər

Orphus sistemi