"Ailə TV" yeni kampaniyaya başlayıb

"Ailə TV" yeni kampaniyaya başlayıb Kampaniya martın 31-dək qüvvədədir
İKT
15 Fevral , 2016 18:13
Ailə TV yeni kampaniyaya başlayıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanda rəqəmsal yayıma keçidin stimullaşdırılması məqsədilə "Ailə TV" kabel televiziyası ("Caspian Telecom" şirkətinin ticarət nişanı) növbəti kampaniyaya start verib. "Caspian Telecom"un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, 2-ci "HD Resiver" əldə edərək rəqəmsal yayıma qoşulan abunəçilər abunə olduqları tarif üzrə tam bir ay "Ailə TV"ni pulsuz izləyəcəklər.

Kampaniya martın 31-dək qüvvədədir.

Qeyd edək ki, analoq yayımdan fərqli olaraq rəqəmsal yayımda abunəçilərə daha geniş imkanlar təqdim etmək mümkündür. Rəqəmsal yayım abunəçiləri daha keyfiyyətli şəkildə daha çox telekanal izləmək imkanına malikdirlər, eləcə də EPG (Elektron Proqram Bələdçi) funksiyası ilə telekanalların proqramını birbaşa öz televizorlarında izləyə bilərlər.

Son xəbərlər

Orphus sistemi