"​Ailə TV" “Fərdi seçim” paketinin tətbiqinə başlayıb

"​Ailə TV" “Fərdi seçim” paketinin tətbiqinə başlayıb 70 telekanaldan ibarət paketdə 12 kanalı abunəçi özü seçə bilər
İKT
9 Sentyabr , 2015 20:31
​Ailə TV “Fərdi seçim” paketinin tətbiqinə başlayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ “Ailə TV” rəqəmsal yayım abunəçilərinə yeni “Fərdi seçim” paketini təqdim edib. Kabel televiziyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sözügedən paketlə abunəçilər izləmək istədikləri telekanalları özləri müəyyənləşdirə bilərlər.

Belə ki, “Fərdi seçim” paketində müxtəlif mövzuları əhatə edən 70 telekanal mövcuddur, həmin 70 telekanaldan abunəçi istədiyi 12 telekanalı seçə bilər. Fərdi istəyə görə seçilmiş 12 əlavə telekanala aylıq abunə 5 manatdır.

Məlumatda qeyd olunub ki, rəqəmsal yayım abunəçiləri yalnız bir əlavə paketə abunə ola bilərlər. Yəni HD və "Fərdi seçim" paketlərinə eyni zamanda abunə mümkün deyil.

Son xəbərlər

Orphus sistemi