​AİF veb-saytı ilə bağlı tender keçirir

​AİF veb-saytı ilə bağlı tender keçirir Tenderlə bağlı təkliflər iyunun 9-da İpoteka Fondunun inzibati binasında açılacaq
İKT
19 May , 2015 12:09
​AİF veb-saytı ilə bağlı tender keçirir

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) veb səhifəsinə illik dəstək xidmətinin (texniki və tərcümə işləri) alınması üçün təkliflər sorğusu elan edib. Bu barədə "Report"a AİF-in Satınalmalar Komissiyasından məlumat verilib.

Məlumata görə, satınalma üzrə ilkin sənədlər iyunun 1-i saat 18:00-a qədər, təklif zərfləri isə iyunun 8-i saat 18:00-dək AİF-in Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcək. Məsələ üzrə zərflər iyunun 9-u saat 15:00-da İpoteka Fondunun inzibati binasında açılacaq.

Son xəbərlər

Orphus sistemi