"Accessbank"ın dəstəyi ilə uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminar keçiriləcək

"Accessbank"ın dəstəyi ilə uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminar keçiriləcək Seminarı Almaniyadan dəvət olunan ekspert keçirəcək
İKT
30 Sentyabr , 2016 11:05
Accessbankın dəstəyi ilə uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminar keçiriləcək

Bakı. 30 sentyabr.REPORT.AZ/ "Accessbank" QSC-nin dəstəyi ilə uşaqları virtual asılılıqdan qorumaq mövzusunda valideynlər üçün seminar keçiriləcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində sponsorluq etdiyi bu tədbir "Community.az Məktəb İcmaları" layihəsinə dəstək məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilir.

Seminar oktyabrın 3-də Almaniya Psixoloqlar Assosiasiyasının üzvü - ekspert Qalina Hayzelman tərəfindən keçiriləcək.

Yerlərin sayı məhdud olduğu üçün iştirak etmək istəyənlərdən xahiş olunur ki, [email protected] elektron ünvanı və ya telefon nömrələri (+99412) 3100322/(+99451) 6993996) ilə əlaqə saxlayıb əvvəlcədən qeydiyyatdan keçsinlər.

KSM proqramı "Accesssbank"ın missiyasının ayrılmaz hissəsidir. 2008-ci ildən etibarən Bank təhsil, idman, mədəniyyət və incəsənət sahəsində 100-dən artıq layihə həyata keçirib.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı Almaniya konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. "Accessbank" mikro, kiçik və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1 800-dən artıq əməkdaş çalışır. "Fitch Ratings" agentliyi "Accessbank"ı Azərbaycan bankları arasında ən yüksək kredit reytinqi hesab edilən "BB+" dərəcəsi ilə qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi