Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləmək üçün ​465 nəfər müraciət edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləmək üçün ​465 nəfər müraciət edib Onlardan 13-ü işlə təmin olunub
İKT
18 Aprel , 2015 12:56
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləmək üçün ​465 nəfər müraciət edib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərində 81 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.

"Report" xəbər verir ki, müsabiqəyə təqdim edilmiş 922 vakant dövlət qulluğu vəzifəsi sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 vakansiyası yer alıb.

RYTN-in mətbuat xidmətinin məlumatına görə, dövlət qulluğunda çalışmaq istəyənlər RYTN-in müsabiqəyə təqdim etdiyi vakansiyalara xüsusi maraq göstərib.

Belə ki, DQMK-nin müsabiqə qaliblərinin dövlət orqanları üzrə açıqladığı statistikaya əsasən, RYTN-in 16 vakansiyasına 465 namizəd sənəd verib, onlardan 13-ü müsabiqənin qalibi olub.

Son xəbərlər

Orphus sistemi