Şoyqu: "Suriya və İraqda baş verən hadisələr həm Azərbaycan, həm də Rusiya üçün terror təhlükəsinə çevrilə bilər"

Şoyqu: "Suriya və İraqda baş verən hadisələr həm Azərbaycan, həm də Rusiya üçün terror təhlükəsinə çevrilə bilər" Azərbaycan və Rusiya 2013-2016-cı illər üçün hərbi əməkdaşlıq planını hazırlayıblar
Hərbi
13 Oktyabr , 2014 18:03
Şoyqu: Suriya və İraqda baş verən hadisələr həm Azərbaycan, həm də Rusiya üçün terror təhlükəsinə çevrilə bilər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. "Report"un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, görüş zamanı S.Şoyqu bildirib ki, Azərbaycan Rusiyanın strateji partnyorudur. 

"Bizim regional səviyyədə sabitlik və təhlükəsizliyin möhkəmləndərilməsində bir çox ümumi maraqlarımız var" - deyə, S.Şoyqu qeyd edib.

O bildirib ki, Suriya və İraqda baş verən hadisələr həm Azərbaycan, həm də Rusiya üçün terror təhlükəsinə çevrilə bilər.

Müdafiə nazirinin sözlərinə görə, RF və Azərbaycannın 2013-2016-cı illərdə hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf proqramının həyata keçirilməsi prioritet istiqamətlərdir. Qurumlar arasında əməkdaşlıq layihəsi planı artıq hazırlanıb. Həmin planda xüsusilə birgə əməliyyat və hərbi hazırlıq, o cümlədən donanmanın iştirakı ilə, hərbi-texniki əməkdaşlıq, hərbi kadrların hazırlanması və ixtisasının artırılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi