Azərbaycan MN: ​Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb

Azərbaycan MN: ​Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb “Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları qısa müddətdə təlim bölgələrinə toplanıb
Hərbi
10 Sentyabr , 2015 10:00
Azərbaycan MN: ​Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin keçirdiyi Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilən marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, “Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları toplanma rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə uyğun, müəyyən edilmiş normalara riayət edilməklə müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi