Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib Müşavirədə çıxış edən nazir təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib
Hərbi
8 Sentyabr , 2015 16:46
Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Nazirlikdən "Report"a verilən xəbərə görə, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən nazir təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi