Zakir Həsənov Xorvatiya müdafiə sənayesinə daxil olan şirkətlərlə tanış olub

Zakir Həsənov Xorvatiya müdafiə sənayesinə daxil olan şirkətlərlə tanış olub Zakir Həsənov Xorvatiyanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Palatasında görüşlər keçirib
Hərbi
11 Mart , 2015 13:25
Zakir Həsənov Xorvatiya müdafiə sənayesinə daxil olan şirkətlərlə tanış olub

Bakı. 11 mart. REPORT.AZ/ Xorvatiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Xorvatiyanın Xarici İşlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

General-polkovnik Z. Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.

Xorvatiyanın İqtisadiyyat Palatasında olan Müdafiə naziri general-polkovnik Z. Həsənov Palatanın sədri Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələr arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Sonra Müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi