Zakir Həsənov “TurAz Qartalı-2015” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

Zakir Həsənov “TurAz Qartalı-2015” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb Nazir müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb
Hərbi
3 Sentyabr , 2015 15:48
Zakir Həsənov “TurAz Qartalı-2015” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyənin ölkədəki səfiri İsmayıl Alper Coşkun “TurAz Qartalı-2015” birgə taktiki təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ölkələrin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Z.Həsənov bunun hərbi gücün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir İ.Coşkun qürur hissi keçirdiyini bildirərək son illərdə bu cür birgə təlimlərin keçirilməsinin artıq ənənə halını almasını xüsusi qeyd edib.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub.

Müdafiə naziri uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri, tətbiqi imkanları, həmçinin müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Son xəbərlər

Orphus sistemi