Nazir Zakir Həsənov ermənilərlə üz-üzə yerləşən postlara gedib, orada dayanan əsgərlərlə görüşüb - VİDEO

Nazir Zakir Həsənov ermənilərlə üz-üzə yerləşən postlara gedib, orada dayanan əsgərlərlə görüşüb - VİDEO Nazir yemək masası ətrafında əsgərlərlə söhbət edib, çörəyi kəsər masada oturan əsgərlərə və yaxınlıqdakı komandirlərə paylayıb
Hərbi
7 Avqust , 2015 17:50
Nazir Zakir Həsənov ermənilərlə üz-üzə yerləşən postlara gedib, orada dayanan əsgərlərlə görüşüb - VİDEO

Bakı. 7 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyi, nazir general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsindəki birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlamasını əks etdirən video yayıb. 

"Report" xəbər verir ki, nazir və onu müşayiət edən şəxslər bir sıra ərazilərə hərbi helekopterlərlə gediblər.

Z.Həsənov Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən postlara baş çəkib, düşmənin mövqelərini müşahidə edib, komandirlərdən məlumat alıb, əsgərlərlə söhbət edib, döyüş texnikasına baxış keçirib.  O, bir neçə yerdə xəritə üzərində mövqelərə baxıb, komandirlərə tapşırıqlar verib.  

Müdafiə naziri cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin qərargahlarına, əsgər yataqxanalarına baş çəkib, əsgərlərlə birlikdə yemək yeyib. Nazir yemək masası ətrafında əsgərlərlə söhbətini davam etdib, çörəyi kəsərək masada oturan əsgərlərə və yaxınlıqdakı komandirlərə paylayıb. 

Müdafiə naziri zabitlərin iştirakı ilə geniş toplantı keçirib. 

Son xəbərlər

Orphus sistemi