Zakir Həsənov Moskvaya səfərə gedib

Zakir Həsənov Moskvaya səfərə gedib Onu Rusiyaya Sergey Şoyqu dəvət edib
Hərbi
12 Avqust , 2016 15:07
Zakir Həsənov Moskvaya səfərə gedib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskva şəhərinə işgüzar səfərə gedib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə gedib.

Son xəbərlər

Orphus sistemi