Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub

Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir
Hərbi
6 Avqust , 2015 15:38
Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu rayonlarda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Xəbərə görə, ölkə prezidentinin göstərişinə əsasən, cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

Z.Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların sosial məişət şəraiti ilə maraqlanıb

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi