​YAP-ın üzvləri əmək haqqlarının bir qismini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

​YAP-ın üzvləri əmək haqqlarının bir qismini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək Hakim partiya Silahlı Qüvvələrə dəstək aksiyası keçirməyi qərara alıb
Hərbi
20 Aprel , 2016 10:21
​YAP-ın üzvləri əmək haqqlarının bir qismini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyasını həyata keçirməyi qərara alıb.

YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, partiyanın İcra Katibliyində, habelə rayon və şəhər təşkilatlarında çalışan 660 nəfər əməkdaş bir aylıq əmək haqqının 20 faizini Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürmək haqqında müraciət ediblər.

Partiyadan bildirilib ki, YAP üzvləri tərəfindən atılan bu vətənpərvər addım son zamanlar ermənilər tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Azərbaycan Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, YAP bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər köçürüb.

Son xəbərlər

Orphus sistemi