Xəzər dənizində MDB ölkələri hərbi donanmalarının yarışlarına hazırlıq başlayıb

Xəzər dənizində MDB ölkələri hərbi donanmalarının yarışlarına hazırlıq başlayıb Tədbirlər planında 27 növdə işlərin görülməsi nəzərdə tutulub
Hərbi
27 Fevral , 2015 12:18
Xəzər dənizində MDB ölkələri hərbi donanmalarının yarışlarına hazırlıq başlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın Xüsusi Tikinti Federal Agentliyi ("Spetsstroy") MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin  "Xəzər dənizi-2015" Beynəlxalq müsabiqəsinin keçirilməsi üçün maddi-təlim bazası obyektlərinin yaradılmasına başlayıb. Bu barədə "Report" Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Xatırladaq ki, yarışların keçirilməsi bu ilin avqust ayında nəzərdə tutulub. 

Tikinti zamanı start və gözləmə meydançaları, start və finiş hədlərinin, sürət zonası və süni maneələr qurulan avtodrom, eləcə də müxtəlif sahil və dəniz nişanları ilə təchiz edilən hədəf sahəsi  yaradılacaq. 

Bildirilir ki, tədbirlər planına uyğun olaraq,  27 növ işlərin, o cümlədən 6 kapital obyektin tikintisini həyata keçirmək nəzərdə tutulub.

Qeyd edək ki, "Xəzər dənizi-2015" müsabiqəsi çərçivəsində MDB ölkələri suüstü gəmilərin heyətləri və HQ dəniz piyadaları hissələrinin şəxsi heyəti xüsusi təyin olunan hərbi hazırlıq poliqonlarında quru və dəniz yarışlarında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi