Bakı. 4 iyun. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik
Nazirlikdən bildirilib ki, on iki dövləti təmsil edən hərbi attaşelər Naxçıvanda
Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər və onların ailə üzvləri Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin muzeyini ziyarət ediblər.
Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzini, "Əshabi-Kəhf" ziyarətgahını, Möminə Xatun türbəsini, Naxçıvan qalasını, duz mağarasını, Nuh Peyğəmbərin məzarını ziyarət ediblər.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına minnətdarlıqlarını bildiriblər.