Xarici dövlətlərin hərbi attaşeləri ​Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissəsini ziyarət ediblər

Xarici dövlətlərin hərbi attaşeləri ​Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissəsini ziyarət ediblər Səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təqdim edilib
Hərbi
17 May , 2016 18:46
Xarici dövlətlərin hərbi attaşeləri ​Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissəsini ziyarət ediblər

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün mayın 17-də Silahlı Qüvvələrin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təqdim edilib və onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi hərbi hissənin əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektləri ilə tanış olublar.

Həmçinin qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi