​Türkiyənin Quru Qoşunları komandanı: “Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”

​Türkiyənin Quru Qoşunları komandanı: “Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir” Müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Hərbi
17 Noyabr , 2015 15:20
​Türkiyənin Quru Qoşunları komandanı: “Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Azərbaycanın müdafiə naziri ilə Türkiyə Respublikasının Quru Qoşunları komandanı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

General-polkovnik Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səmərəli səfərini xatırladan müdafiə naziri son illər ölkələrimizin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd edib.

“Fəaliyyətlərimiz dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq edilmiş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcək. Bu iş bütün sahələrdən olan mütəxəssislərin cəlb olunması ilə, Silahlı Qüvvələrin ehtiyac və tələbləri nəzərə alınmaqla mərhələli şəkildə davam edəcək”, - general-polkovnik Z.Həsənov bildirib.

Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb. 

“Tarixi dərindən öyrənərək bundan nəticə çıxarmalı, güclü olmaq üçün birlikdə olmalıyıq. Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”, - S.Çolak bildirib.

Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər noyabrın 19-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi