Türkiyədə Azərbaycanın da iştirakı ilə "Anadolu qartalı-2015/1" hərbi təlimi başlayıb - FOTO

Türkiyədə Azərbaycanın da iştirakı ilə "Anadolu qartalı-2015/1" hərbi təlimi başlayıb - FOTO Konyada keçirilən təlim iki həftə davam edəcək
Hərbi
9 İyun , 2015 20:06
Türkiyədə Azərbaycanın da iştirakı ilə Anadolu qartalı-2015/1 hərbi təlimi başlayıb - FOTO

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edir. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təlimlərlə bağlı ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinin 12 ədəd F-15 təyyarəsi təlimlər üçün hazırda Türkiyədədir. Nazirliyin yaydığı məlumatda bildirilir ki, təlim iki həftə davam edəcək.

Konyada baş tutan "Anadolu qartalı-2015/1" adlanan təlim ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya, Pakistan, NATO ilə Türkiyənin Quru, Dəniz və Hava Qüvvələrinin iştirakı ilə iyunun 19-na qədər keçiriləcək.

Manevrə ABŞ-dan 12 F-15C, Almaniyadan 1 A-310, İngiltərədən 6 EF-2000, İspaniyadan 6 F-18, Pakistandan 6 F-16 və NATO-dan 1 E-3A təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığından 12 F-4E 2020, 42 F-16, 1 KC-135 tanker, 2 CN-235 təyyarələri, 1 AS-532 helikopteri, 1 E-7T təyyarəsi, Quru Qoşunları Komandanlığından 2 T129 (ATAK) ve 2 S-70 helikopterləri, Hərbi Dəniz Qüvvələri Komandanlığından isə 1 hərbi gəmi və iki qayıq qatılıb.

Təlimin proqramına əsasən, bütün iştirakçıların sanki müharibə şəraitində olduqları güman edilərək bilik, bacarıq və təcrübələri yoxlanılacaq.

Bundan başqa, təlimlərdə Azərbaycan, Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Respublikası, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovaka, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman ölkələrindən də müşahidəçi qismində şəxsi heyət iştirak edir.

Son xəbərlər

Orphus sistemi