Türkiyə Jandarma Qüvvələrinin komandanı Azərbaycana gəlir

Türkiyə Jandarma Qüvvələrinin komandanı Azərbaycana gəlir Qalib Mendi iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək
Hərbi
2 May , 2016 10:05
Türkiyə Jandarma Qüvvələrinin komandanı Azərbaycana gəlir

Bakı. 2 may. REPORT.AZ/ Türkiyə Jandarma Qüvvələrinin komandanı ordu generalı Qalib Mendi Azərbaycana gələcək. 

"Report"un hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Jandarma komandanının səfəri mayın 3-də baş tutacaq.

Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi