"TURAZ Şahini - 2016" taktiki-uçuş təlimləri başa çatıb

"TURAZ Şahini - 2016" taktiki-uçuş təlimləri başa çatıb Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanları təlimlərin yekun mərhələsini izləyib
Hərbi
25 Mart , 2016 13:50
TURAZ Şahini - 2016 taktiki-uçuş təlimləri başa çatıb

Bakı. 25 mart. REPORT.AZ/Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" taktiki-uçuş təlimləri başa çatıb.

Azərbaycan Müdafiə Nazirliyiinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, orgeneral Abidin Ünal təlimlərin yekun mərhələsini izləyib.

Hər iki komandan uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətlərinin böyük təcrübə qazandıqlarını bildirib. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Sonda "TURAZ Şahini - 2016" təlimlərinin iştirakçıları aviasiya bazasının ərazisində xatirə olaraq ağac və gül kolları əkiblər.

Son xəbərlər

Orphus sistemi