“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib Birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi iştirak edəcək
Hərbi
24 Avqust , 2015 12:33
“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət Azərbaycana gəlib.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.
Təlimlər sentyabrın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi