​Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir

​Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər
Hərbi
1 Sentyabr , 2015 12:37
​Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir

Bakı.1 sentyabr. REPORT.AZ/ “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Son xəbərlər

Orphus sistemi