Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub

Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub Bu gün 8 620 kv.m ərazi təmizlənib
Hərbi
29 İyun , 2016 16:32
Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyunun 29-da 1 ferma, 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd A-462, 122 mm-lik top mərmisi və 4 ədəd 9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, gün ərzində 28 620 kv.m ərazi təmizlənib.

Tərtər rayonunun Çaylı kəndində 1 fermada 10 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə olaraq 16 500 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Zəngişalı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 9 min kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərindən 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (A-462, 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, 3 120 kv. m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən iyunun 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 27 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirib, 1 557 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2),1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi