Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ​20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ​20 Yanvar şəhidlərinin xatirəsi yad edilib Faciə barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb
Hərbi
19 Yanvar , 2016 18:29
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ​20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, 20 yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni ifa olunub.

Sonra 20 Yanvar hadisələri barədə ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanı təqdim edib.

Son xəbərlər

Orphus sistemi