Silahlı Qüvvələrin Hərbi Akademiyasının beynəlxalq əlaqələri genişlənir

Silahlı Qüvvələrin Hərbi Akademiyasının beynəlxalq əlaqələri genişlənir Konfransda hərb elminin digər aktual problemlərinə dair elmi məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb
Hərbi
14 Oktyabr , 2016 13:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasının beynəlxalq əlaqələri genişlənir

Bakı. 14 oktyabr. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyası və Polşanın Varşava Hərbi Tədqiqatlar Universiteti "Beynəlxalq təhlükəsizlik və hərbi tədqiqatlar İSMS 2016" mövzusunda birgə beynəlxalq elmi konfrans keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məluamta görə, Silahlı Qüvvələrin Hərbi Akademiyası konfransa telekörpü vasitəsilə qoşulub.

Varşava Hərbi Tədqiqatlar Universitetinin rəhbəri konfransı açaraq bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev də öz növbəsində konfransın iştirakçılarına uğurlar arzulayıb və birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru S.Sadıyevin "Silahlı Qüvvələrdə müxtəlifliklərin idarə olunması strategiyası" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Silahlı Qüvvələrində multikultural dəyərlərin qorunması və müxtəlifliklərin idarə olunması strategiyasından bəhs olunub. Məruzəçi bu sahədə Azərbaycan modelinin özəlliklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi, polkovnik Elşən Həşimov "CİS texnologiyasından istifadə etməklə görünməyən obyektlərin aşkar edilməsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ArcGis proqram təminatından istifadə etməklə real dağlıq ərazinin 3D modelinin qurulması və onun nəticələri barədə danışıb.

Konfransda hərb elminin digər aktual problemlərinə dair elmi məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi