​Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb

​Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb Kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar
Hərbi
24 Fevral , 2016 10:42
​Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.

Bu barədə "Report"a MN-in mətbuat xidmətindən məlumat verilib.

NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Birgə Əməliyyat və Səfər Qiymətləndirilməsi" mövzusunda keçirilən kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar.

Üç gün davam edəcək təlim kursunda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun hərbi strukturu", "Hərbi tərəfdaşlıq", Əməliyyat planlaşdırma prosesi", "Əməliyyatların qiymətləndirilməsi", "Məlumatların toplanması və təhlili" və digər mövzularda məlumatlar veriləcək, sindikatlar keçiriləcəkdir.

Son xəbərlər

Orphus sistemi