Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb Sənədi general-leytenant Heydər Piriyev və Hafiz Paşayev imzalayıblar
Hərbi
29 Aprel , 2016 18:38
Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə ADA Universiteti arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, sazişi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, hər iki təhsil müəssisəsinin maddi-texniki bazasından qarşılıqlı istifadə edilməsi, eləcə də təhlükəsizlik mühitində mövcud təhdid və təhlükələrin qiymətləndirilməsi və onların dəf edilməsi üzrə müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi