Silahlı Qüvvələrin Baş Qərargah rəisi komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb

Silahlı Qüvvələrin Baş Qərargah rəisi komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb Nəcməddin Sadıkov ordunun arsenalına müasir döyüş vasitələri, silah-sursat və yeni avadanlıqların daxil edilməsini də xüsusi vurğulayıb
Hərbi
16 İyul , 2016 17:31
Silahlı Qüvvələrin Baş Qərargah rəisi komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb

Bakı. 16 iyul. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycan ordusu komandirlərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə təlim-metodik toplantı keçirilib. 

Toplantıda iştirak edən general-polkovnik N.Sadıkov mənəvi-psixoloji hazırlıq işinin yüksək səviyyədə təşkili, tabelikdə olan hərbi qulluqçuların milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də şəxsi heyətin təhlükəsizlik qaydalarına əməl etməsi və digər vacib məsələlərlə bağlı fikirlərini onların diqqətinə çatdırıb.

Baş Qərargah rəisi xeyli sayda yeni hərbi şəhərciklərin istifadəyə verilməsini, ordunun arsenalına müasir döyüş vasitələri, silah-sursat və yeni avadanlıqların daxil edilməsini də xüsusi vurğulayıb.

Döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran Baş Qərargah rəisi Silahlı Qüvvələrdə şəxsi heyətin rifahı naminə həyata keçirilən islahatlar və quruculuq işlərinin davam etdiriləcəyini də qeyd edib.

Son xəbərlər

Orphus sistemi