​Silahlı Qüvvələrdə ağacəkmə aksiyasına start verilib

​Silahlı Qüvvələrdə ağacəkmə aksiyasına start verilib Aksiya müdafiə nazirinin tapşırığına əsasən həyata keçirilir
Hərbi
14 Noyabr , 2015 18:29
​Silahlı Qüvvələrdə ağacəkmə aksiyasına start verilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 14-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində müxtəlif növ ağac və gül kollarının əkilməsi aksiyasına start verilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd yeni istifadəyə verilən hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında yaşıllıq zolaqlarının salınması ilə ərazidə ekoloji mühitinin sağlamlaşdırılması və abadlaşdırılmasıdır.

Bu gün şəxsi heyət və hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə keçirilən yaşıllaşdırma tədbirində 30 mindən artıq yeni ağac və gül kolları əkilib.

Qərara alınıb ki, şəxsi heyətin iştirakı ilə belə ənənəvi tədbirlər mütəmadi olaraq gələcəkdə də davam etdirilsin.

Son xəbərlər

Orphus sistemi