Şəmkirdə partlamamış top mərmisi aşkarlanıb

Şəmkirdə partlamamış top mərmisi aşkarlanıb ANAMA tərəfindən 350 kv.m ərazi yoxlanılıb
Hərbi
24 Sentyabr , 2016 18:00
Şəmkirdə partlamamış top mərmisi aşkarlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Şəmkir şəhərində 1 ədəd partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə,Şəmkirdə yerləşən 20 Yanvar küçəsində, köhnə bazarın yaxınlığında 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi, OF-56) aşkar edilərək götürülüb, nəticə olaraq 350 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik aprelin 7-dən sentyabrın 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 483 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi