Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni inzibati binasının açılışı keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni inzibati binasının açılışı keçirilib Arzu Rəhimov: "Dövlət başçısı ölkədə silahlı qüvvələrin inkişaf məsələsini daim diqqət mərkəzində saxlayır"
Hərbi
12 Fevral , 2015 11:36
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni inzibati binasının açılışı keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni inzibati binasının açılışı keçirilib. "Report" xəbər verir ki, binanın açılışında iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Arzu Rəhimov bildirib ki, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir, bu da respublikanın hərbi strukturlarında birbaşa əks olunur. "Dövlət başçısı ölkədə silahlı qüvvələrin inkişaf məsələsini daim diqqət mərkəzində saxlayır", - A.Rəhimov qeyd edib. 

Onun sözlərinə görə, hazırda Ağsu rayonunda Dövlət Xidmətinin yeni inzibati binası tikilir, Sumqayıt və Qazax rayonunda isə inzibati binalar əsaslı təmirdən sonra istismara verilib. Respublikanın daha 10 rayonunda qurumun yeni binaları tikilir.

Bu gün açılan inzibati bina 6 sot ərazidə yerləşir. Binanın 3 mərtəbəsində 28 xidməti otaq, növbətçi hissə, müşavirələr zalı, konfrans zalı yerləşir, hərbi tibbi komissiyanın həkimləri üçün xüsusi otaq nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi