Sabah Müdafiə Nazirliyinin hərbi hissələrində "Açıq qapı" günü keçiriləcək

Sabah Müdafiə Nazirliyinin hərbi hissələrində "Açıq qapı" günü keçiriləcək Konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq
Hərbi
19 Mart , 2016 14:30
Sabah Müdafiə Nazirliyinin hərbi hissələrində Açıq qapı günü keçiriləcək

Bakı. 19 mart. REPORT.AZ/ Sabah Müdafiə Nazirliyinin (MN) hərbi hissələrində "Açıq qapı" günü təşkil olunacaq. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi