​Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri başa çatıb

​Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri başa çatıb Səfəri avqustun 13-dən başlayıb
Hərbi
16 Avqust , 2015 22:56
​Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri başa çatıb

Bakı. 16 Avqust. REPORT.AZ/ Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri avqustun 13-dən başlayıb.

Gəmiləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar. Nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail Rayon İcra Hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirib, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi