Rusiya federasiysının gəmiləri Bakı limanına daxil olub

Rusiya federasiysının gəmiləri Bakı limanına daxil olub Gəmilər Dövlət bayrağı meydanın yaxınlığında limana yanaşıblar
Hərbi
16 Oktyabr , 2014 10:28
Rusiya federasiysının gəmiləri Bakı limanına daxil olub

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Dağıstan” raket gəmisi başda olmaqla Rusiyanın Xəzər Donanmasının gəmilər dəstəsi Bakı limanına daxil olub. Bu barədə "Report"a Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, səfərin məqsədi 2014-cü il üçün Beynəlxalq Hərbi Əməkdaşlıq Planına müvafiq olaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdir.

Gəmilər Dövlət Bayrağı Meydanının yaxınlığında limana yanaşıblar.Səfər çərçivəsində gəmilərin komandanlığı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə görüş görüş keçirəcək və Ali Hərbi Dənizçilik məktəbində təhsil prosesi ilə tanış olacaq. 

Bakıda olarkən Rusiya gəmilərinin şəxsi heyəti Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olacaq və futbol üzrə yoldaşlıq matçında iştirak edəcək.

Rusiya gəmilərinin Bakıya səfəri oktyabr ayının 19-na kimi davam edəcək. 

Son xəbərlər

Orphus sistemi