​Rusiya Azərbaycanda zirehli texnikaların təmiri üzrə xidmət mərkəzi layihəsini təqdim edəcək

​Rusiya Azərbaycanda zirehli texnikaların təmiri üzrə xidmət mərkəzi layihəsini təqdim edəcək Layihə MDB bazarı üçün nəzərdə tutulub
Hərbi
4 İyun , 2016 01:48
​Rusiya Azərbaycanda zirehli texnikaların təmiri üzrə xidmət mərkəzi layihəsini təqdim edəcək

Bakı. 4 iyun. REPORT.AZ/ Rusiya payızda Azərbaycanda keçiriləcək "ADEX 2016" beynəlxalq müdafiə sənayesi sərgisində zirehli texnikaların təmiri üzrə xidmət mərkəzinin layihəsini təqdim etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Rusiya "Uralvaqonzavod" ASC-sinin baş direktoru Oleq Siyenko məlumat verib.

"Biz payızda Azərbaycanda keçiriləcək sərgidə hazırda xüsusi olaraq MDB bazarı üçün hazırladığımız zirehli texnikaya qulluq və onların təmiri üzrə xidmət mərkəzi layihəsini nümayiş etdirəcəyik", - deyə zavodun baş direktoru bildirib.

O, həmçinin MDB ölkələri bazarına yeni texnika tədarükünün artacağını əlavə edib.

Son xəbərlər

Orphus sistemi