Qəza baş verən zavod iki il əvvəl fəaliyyətə başlayıb

Qəza baş verən zavod iki il əvvəl fəaliyyətə başlayıb Zavod üçnövbəli iş rejimində işləyir
Hərbi
6 İyul , 2015 14:54
Qəza baş verən zavod iki il əvvəl fəaliyyətə başlayıb

Bakı. 6 iyul. REPORT.AZ / Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən və iyulun 6-da qəza baş verən Telemexanika Zavodunda 260-dan artıq ixtisaslı mütəxəssis çalışır.

"Report"un məlumatına görə, zavod 2013-cü ilin iyulunda fəaliyyətə başlayıb.

Zavod üçnövbəli iş rejimində işləyir və patron istehsal olunur. Mərkəzdə quraşdırılmış dəzgahların yarıdan çoxu Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir.

Zavoddakı nəzarət-sınaq mərkəzi üçün yeni inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulub.

Burada atəş sınaqları aparmaq üçün üç sahə yaradılıb. Sınaq atışları zamanı müxtəlif ölçülü güllələrin ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və atəşləmə sıxlığının yoxlanılması mümkündür.

Xatırladaq ki, iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib, 19 nəfər isə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi