​Qara dənizdə "Sea Breeze" adlı beynəlxalq təlimlər başlanır

​Qara dənizdə "Sea Breeze" adlı beynəlxalq təlimlər başlanır Təlimlərdə dünyanın müxtəlif ölkələrindən 2,5 min hərbçi iştirak edəcək
Hərbi
31 Avqust , 2015 11:31
​Qara dənizdə Sea Breeze adlı beynəlxalq təlimlər başlanır

Bakı. 31 avqust. REPORT.AZ/ Amerika Birləşmiş Ştatları və Ukrayna bu gün Odessa və Nikolayev vilayətlərində "Sea Breeze" adlı hərbi-dəniz təlimlərinə başlayır.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə təkcə Amerika Birləşmiş Ştatları və Ukraynadan deyil, həmçinin də Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Rumıniya, İsveç, Türkiyə və Moldovadan 2,5 min hərbçi iştirak edəcək.

Təlimlərdə 150-dən çox hərbi texnika, o cümlədən, gəmilər, sualtı qayıqlar, vertolyotlar, təyyarələr iştirak edəcək.

Plana uyğun olaraq təlimlər sentyabrın 12-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi