Prezident İlham Əliyev vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb Nazirlər Kabinetin bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb
Hərbi
2 İyun , 2016 18:44
Prezident İlham Əliyev vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il iyulun1-dən 30-dək ehtiyata buraxılıblar.

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi