Prezident: "Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır"

Prezident: "Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır" İlham Əliyev: "Biz Rusiya silahlarının əsas alıcılarından biriyik"
Hərbi
18 Oktyabr , 2016 13:14
Prezident: Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində deyib.

"Bu məsələdə əsas tərəfdaşımız Rusiyadır. Rusiya ilə səhv etmirəmsə, ümumi dəyəri 5 milyard dollar olan müqavilələr bağlanılıb və bu müqavilələrin əksəriyyəti artıq həyata keçirilib. Başqa sözlə, bu gün Azərbaycan ordusunun silahları əsasən Rusiyadan alınmadır. Biz bu əməkdaşlıqdan məmnunuq. Ayrı-ayrı ölkələr üzrə baxdıqda biz Rusiya silahlarının əsas alıcılarından biriyik və əməkdaşlıq səviyyəsi da yaxşıdır", - deyə Prezident İlham Əliyev bildirib.

Prezident, həmçinin Azərbaycanın Türkiyə, İran, Belarus, İsraildən də silah aldığını xatırladaraq qeyd edib ki, Azərbaycan Pakistanla da belə əməkdaşlıq yaratmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi