​Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək

​Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub
Hərbi
29 Fevral , 2016 11:34
​Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək

Bakı. 29 fevral. REPORT.AZ/ Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi