​Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub

​Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub Tədbirdə qonaqlara "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi", "Xəzər dənizinin statusu" mövzularında brifinqlər təqdim olunub
Hərbi
21 Aprel , 2015 20:26
​Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub

Bakı. 21 aprel. REPORT.AZ/ Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin və "Milli Təhlükəsizlik və Müharibə kursu"nun nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqları səmimi salamlayaraq Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.

Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Manoçehr Kayani səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə qonaqlara "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi", "Xəzər dənizinin statusu" mövzularında brifinqlər təqdim olunub.

Briqada generalı M.Kayani Hərbi Akademiyanın fəxri qonaqları üçün nəzərdə tutulan kitaba ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi