​Ötən ay Azərbaycan ərazisində 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

​Ötən ay Azərbaycan ərazisində 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb
Hərbi
5 Fevral , 2016 15:30
​Ötən ay Azərbaycan ərazisində 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycan ərazisində yanvar ayı ərzində 1,571,130 kv.metr ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. ANAMA-dan “Report”a verilən məlumata görə, 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Eyni zamanda, əməliyyatlarda 509 nəfər minaaxtaran mütəxəssis və 122 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edib.

Bu günə qədər cəmi 316,302,056 kv.metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 714,027-dir. Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Qazax, Ağstafa, Ağcabədi, Ağdam, Gəncə, Samux, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

Son xəbərlər

Orphus sistemi